“Azəristiliktəchizat” ASC-nin sədri Daşkəsən rayonunda Daşkəsən və Göygöl sakinləri üçün vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 28-də “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Daşkəsən rayonunda Daşkəsən və Göygöl sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən qəbul zamanı vətəndaşların “Azəristiliktəchizat” ASC-nin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb.






