Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

"AzerGold" Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

23 noyabr 2026 | 18:51

“AzerGold” QSC-nin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının birgə təşkilatçılığı ilə Daşkəsən şəhərində növbəti genişmiqyaslı ekoloji aksiya keçirilib.

Təşəbbüsün məqsədi şəhər ərazisinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, ətraf mühitin təmizliyini qorumaq və əhalinin ekoloji məsuliyyətini artırmaqdır.

Aksiya zamanı şəhərin müxtəlif ərazilərində yerləşən yaşıllıq zolaqları və yolətrafı sahələr plastik, polietilen, şüşə, kağız, karton və digər məişət tullantılarından təmizlənib. Eyni zamanda, yol kənarlarında ot örtüyü biçilib, ərazilərdə səliqə-sahman və abadlıq işləri aparılıb. Toplanmış tullantılar ekoloji tələblərə uyğun çeşidlənərək təkrar emala yönləndirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.

Ekoloji təşəbbüs çərçivəsində “AzerGold” QSC tərəfindən şəhər infrastrukturunun təkmilləşdirilməsinə, məişət tullantılarının mərkəzləşdirilmiş qaydada toplanması və idarə olunmasına dəstək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinə 20 ədəd tullantı konteyneri ianə edilib.

Keçidlər