Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin yenilənmiş Daşkəsən filialı istifadəyə verilib

15 may 2025 | 18:12

Mayın 15-də Azərbaycan Beynəlxalq Bankı filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yenilənmiş Daşkəsən filialını müştərilərin ixtiyarına verib. Bu münasibətlə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, ABB ASC-nin Filiallarla iş və satışa dəstək departamentinin direktoru Vüqar Uluxanlı, ABB Daşkəsən filialının müdiri Anar Mustafayev, mərkəzi ofisin və filialın əməkdaşları iştirak ediblər.          

Əvvəlcə rəmzi açılışı bildirən lent kəsilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bank rəhbərliyini, filialın əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıb.

Məlumat verilib ki, filialın binası ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan bütün ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Müştərilər ABB-nin Daşkəsən filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

Sonra filialın yenilənmiş binası ilə tanışlıq olub.

Keçidlər