Avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günüdür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin dövlət mühafizəsi sahəsində müəyyən etdiyi strateji siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Ölkəmizdə dövlət mühafizə sistemi müasir tələblərə uyğun inkişaf etdirilərək, yüksək peşəkarlıq, çeviklik və məsuliyyət prinsipləri əsasında fəaliyyət göstərir.
Azərbaycanın təhlükəsizliyinin və dövlətçilik maraqlarının etibarlı qorunmasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının xüsusi xidmətləri var. Xidmətin kollektivi onlara göstərilən yüksək etimadı layiqincə doğrultmaq, dövlətimizin və ölkə rəhbərliyinin təhlükəsizliyinin təmin olunmasına öz layiqli töhfəsini vermək üçün daim böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirir.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, ailə səadəti, şərəfli və məsuliyyətli xidməti fəaliyyətlərində uğurlar arzulayırıq!