Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

31.07.2025-ci il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

31 iyul 2025 | 17:49

İyulun 31-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məsələləri, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub.

Toplantıda Şura üzvləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri iştirak edib.

İcra başçısı Orxan Abbasov iclası açaraq, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan və Daşkəsəndə əhalinin rifahına yönəlmiş tədbirlərdən bəhs edib, sərt və şaxtalı iqlimə malik, dağlıq relyefdə yerləşən rayonun payız-qış mövsümünə hazırlığının xüsusi önəm daşıdığını vurğulayıb.

İclasda çıxış edən Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev mövsümlə bağlı görülmüş işlər barədə məlumat verib. O, əhalinin fasiləsiz qaz, elektrik enerjisi və içməli su ilə təminatı, nasazlıqların vaxtında aradan qaldırılması, təhsil və səhiyyə müəssisələrinin istiliklə təchizatı, mənzil-kommunal təsərrüfatının mövcud durumu, yolların qışda işlək vəziyyətdə saxlanılması və yanğın təhlükəsizliyi məsələləri barədə ətraflı məlumat təqdim edib.

Məruzə ətrafında aparılan müzakirələr nəticəsində aidiyyəti üzrə müvafiq qərarlar qəbul olunub.

İcra başçısı Orxan Abbasov qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli şəkildə icrası üçün tapşırıq və tövsiyələrini verib.

Keçidlər