Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

27.05.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

29 may 2025 | 11:09

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq iki məsələ - “Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan, Quşçu, Zəylik, Çovdar, Kəmərqaya, Çıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti” və "Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının fəaliyyəti” müzakirə olunub.

İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində gündəlikdəki məsələləri açıqlayaraq bildirib ki,  bütün iştirakçıların fikirlərini dinləmək, yeni fikirlər alaraq qarşıdakı dövrdə atacağımız addımları planlaşdırmaq çox önəmlidir.

“Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Bayan, Quşçu, Zəylik, Çovdar, Kəmərqaya, Çıraqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti” haqqında RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İlkin Teymurlunun hazırladığı arayış dinlənilib.

RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev isə gündəlikdəki ikinci məsələ - "Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının fəaliyyəti” barədə məruzəsini diqqətə çatdırıb.

Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.  

Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə  tapşırıq və tövsiyələrini verib.

Keçidlər