Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

26.08.2026-cı il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

26 avqust 2026 | 16:51

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun sədrliyi ilə keçirilən iclasda gündəliyə uyğun olaraq “Daşkəsən rayonu üzrə Təhsil Sektorunun gördüyü işlər” məsələsi müzakirəyə çıxarılıb.

İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində rayonda təhsil sahəsinin inkişafının, təhsilin keyfiyyətinin yüksəldilməsinin, məktəblərdə mövcud problemlərin vaxtında müəyyən edilərək aradan qaldırılmasının və təhsil müəssisələrinin fəaliyyətinin səmərəli təşkilinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. İcra başçısı təhsil sahəsində görülən işlərin nəticələrinin təhlil edilməsinin, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinin və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Kənan Qurbanovun hazırladığı arayış dinlənilib. Arayışda Daşkəsən rayonu üzrə Təhsil Sektoru tərəfindən görülmüş işlər, təhsil müəssisələrinin fəaliyyəti, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və qarşıda duran məsələlər barədə ətraflı məlumat verilib.

Sonra müzakirə aparılıb, iştirakçıların fikirləri dinlənilib.

İclasın sonunda icra başçısı Orxan Abbasov müzakirə olunan məsələ ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib və müvafiq qərar qəbul edilib

Keçidlər