Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

25.09.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

25 sentyabr 2026 | 12:24

Şura iclasında gündəliyə uyğun olaraq “Daşkəsən rayonunda müharibə iştirakçıları və şəhid ailələri ilə görülmüş işlərin vəziyyəti” mövzusu müzakirə olunub.

İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə ilə əlaqədar sağlamlığını itirmiş şəxslərə göstərilən dövlət qayğısı ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması və qarşılaşdıqları problemlərin operativ şəkildə həlli dövlətin daim diqqət mərkəzində saxlanılır. Daşkəsən rayonunda da şəhid ailələrinin və müharibə iştirakçılarının müraciətlərinə xüsusi həssaslıqla yanaşılır, onların problemlərinin yerində öyrənilməsinə və aidiyyəti qurumların iştirakı ilə həllinə dair ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə bütün idarə, müəssisə və xidmət təşkilatlarının bundan sonra da qarşılıqlı və məsuliyyətli fəaliyyəti davam etdirilməlidir.

“Daşkəsən rayonunda müharibə iştirakçıları və şəhid ailələri ilə görülmüş işlərin vəziyyəti” barədə Daşkəsən Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəxri Həsənovun hazırladığı arayış dinlənilib. Arayışda rayonda şəhid ailələri və müharibə iştirakçıları ilə aparılan işlərin mövcud vəziyyəti, onların müraciətlərinin araşdırılması və həlli istiqamətində görülən tədbirlər, sosial-məişət problemlərinin öyrənilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq məsələləri barədə geniş məlumat verilib. Eyni zamanda, bu kateqoriyadan olan şəxslərin qarşılaşdıqları problemlərin vaxtında müəyyənləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Müzakirələr zamanı Şura üzvləri və aidiyyəti qurumların rəhbərləri tərəfindən görülmüş işlər barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Keçidlər