25.09.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən növbəti Şura iclasında gündəliyə uyğun olaraq “Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən şəhər, Daşkəsən qəsəbə, Yuxarı Daşkəsən qəsəbə, Əhmədli kənd, Dəstəfur kənd, Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti” müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində gündəlikdəki məsələni açıqlayaraq müzakirələrin qarşılıqlı fikir mübadiləsi baxımından vacib olduğunu qeyd edib. Bildirib ki, təhlil və təkliflər gələcək fəaliyyətin daha sistemli qurulmasına imkan verir.
“Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən şəhər, Daşkəsən qəsəbə, Yuxarı Daşkəsən qəsəbə, Əhmədli kənd, Dəstəfur kənd, Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin fəaliyyəti” haqqında RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İlkin Teymurlunun hazırladığı arayış dinlənilib.
Arayış dinlənildikdən sonra müzakirə aparılıb, iştirakçılar fikirlərini bölüşüblər. Çıxışlar zamanı ərazi icra nümayəndəliklərinin fəaliyyəti, qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə təkliflər səsləndirilib.
İclasın sonunda Şura üzvləri tərəfindən müvafiq qərar qəbul edilib.
İcra başçısı Orxan Abbasov yekun nitqində görüləcək işlərin vaxtında və keyfiyyətli icrası üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






