Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

23.12.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

23 dekabr 2024 | 17:12

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq “Rayonun məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti" müzakirə olunub.

İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək gündəlikdəki məsələnin aktuallığını vurğulayıb və rayonda erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin genişləndirilməsi sahəsində qarşıda duran vəzifələr barədə danışıb.

“Rayonun məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti" haqqında RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı arayış dinlənilib.

Məruzə ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.

Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək həssaslıqla həyata keçirilməsinə dair aidiyyəti üzrə  tapşırıq və tövsiyələrini verib.

Keçidlər