Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

23 avqust - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günüdür

23 avqust 2025 | 11:49

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün – avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət mühafizə sistemi ilə bağlı siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib.

Prezident cənab İlham Əliyev 2025-ci il avqustun 22-də “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 3 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 27 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan bir çox əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqeyə yüksəlib. Dövlət mühafizə sahəsinin çoxminli kollektivi onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına önəmli töhfələr verirlər.

23 avqust – Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər