Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

21.05.2026-сı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

21 may 2026 | 16:51

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin fəaliyyəti və göstərilən tibbi xidmətlərin keyfiyyəti təhlili olunub. İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də aidiyyəti şəxslər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, müzakirə olunan məsələ rayonun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Rayon sakinlərinə göstərilən tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, həkim və tibb işçilərinin peşəkarlığının artırılması daim diqqət mərkəzində saxlanılır.

Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin hesabat dövründə gördüyü işlər barədə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev tərəfindən hazırlanmış arayış təqdim edilib. Məruzədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, maddi-texniki bazanın vəziyyəti, kadr təminatı, vətəndaş müraciətlərinə baxılması və problemlərin həllinə dair görülən tədbirlər haqqında ətraflı məlumat verilib.

Məruzə ətrafında çıxış və müzakirələrin yekununda Şura iclasının qərarı qəbul olunub.

Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək keyfiyyətlə icrası, vətəndaş məmnunluğunun artırılması, operativliyin təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Keçidlər