2024-cü il üçün Daşkəsən rayonu üzrə kənd təsərrüfatının əsas göstəriciləri
19 mart 2025 | 12:24
2024-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 49613,4 min manat və ya 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 7,9 faiz çox olmuşdur. Kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi bitkiçilik sahəsi üzrə 10,8 faiz, heyvandarlıq sahəsi üzrə isə 89,2 faiz təşkil etmişdir.
2023-cü illə müqayisədə 2024-cü ildə diri çəkidə ət istehsalı 12,5 faiz artaraq 2549 ton, süd istehsalı 8,5 faiz artaraq 27310,0 ton, yun istehsalı 5,5 faiz artaraq 191,0 ton olmuşdur.