19.03.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq iki məsələ - “Rayon Notariat ofisinin, Qeydiyyat Şöbəsinin və Dövlət Arxivinin vətəndaşların müraciətləri ilə bağlı gördükləri işlər" və "Dövlət Su Ehtiyatları Agentliyinin Daşkəsən Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti" müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində gündəlikdəki məsələləri açıqlayaraq bildirib ki, bütün iştirakçıların fikirlərini dinləmək, yeni fikirlər alaraq qarşıdakı dövrdə atacağımız addımları planlaşdırmaq çox önəmlidir. Rayonda həyata keçirilən layihələr, sosial proqramlar və infrastrukturun inkişafı sahəsində fəaliyyətlər yalnız bu gün üçün deyil, gələcəyimiz üçün əhəmiyyətli rol oynayır.
"Rayon Notariat ofisininin, Qeydiyyat Şöbəsinin və Dövlət Arxivinin vətəndaşların müraciətləri ilə bağlı gördükləri işlər" haqqında RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyevin hazırladığı arayış dinlənilib.
RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev isə gündəlikdəki ikinci məsələ - "Dövlət Su Ehtiyatları Agentliyinin Daşkəsən Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti" barədə məruzəsini diqqətə çatdırıb.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub. Habelə vurğulanıb ki, vətəndaşların hüquq və maraqlarının qorunması, məlumatlarla təmin edilməsi və müvafiq sənədlərin düzgün tərtibatı, həmçinin rayonun su ehtiyatlarının səmərəli idarə olunması və istifadəsi daim diqqət mərkəzində saxlanmalıdır.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.