16.10.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq “Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər” müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək, gündəlikdəki məsələnin aktuallığını vurğulayıb, əldə olunan uğurlar, mövcud çatışmazlıqların aradan qaldırılması yolları və qarşıda duran vəzifələr barədə söz açıb.
“Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər” haqqında RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı arayış dinlənilib. Məruzədə Sektorun fəaliyyət istiqamətləri, keçirilmiş tədbirlər, gənclər arasında idmanın inkişafı və bu sahədə görülən işlərin nəticələri ətraflı şəkildə əksini tapıb.
Məruzə ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub. Gənclər və İdman Sektorunun fəaliyyətinin daha da təkmilləşdirilməsi, gənclərin idmana cəlb edilməsi və sosialyönümlü layihələrin genişləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirilib.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






