Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

13.11.2026-cı il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

13 noyabr 2026 | 14:17

Şura iclasında gündəliyə uyğun olaraq iki məsələ - “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın cari ildən keçən müddət ərzində gördüyü işlər ” və “2026-cı ilin 9 ayın yekunlarına dair vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti” müzakirə olunub.

Toplantıda Şura üzvləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, eləcə də xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Gündəlikdə duran birinci məsələ ilə bağlı məruzə ilə çıxış edən Daşkəsən RİHBA-nın Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Elxan Hüseynzadə cari ilin ötən dövrü ərzində komissiya tərəfindən görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Uşaqların hüquq və qanuni mənafelərinin qorunması, sosial müdafiəyə ehtiyacı olan uşaqlara diqqətin artırılması, yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının və təhsildən yayınma hallarının qarşısının alınması, valideyn himayəsindən məhrum uşaqların vəziyyətinin öyrənilməsi, eləcə də uşaq hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi məsələlərini diqqətə çatdırıb.

Gündəlikdəki ikinci məsələ ilə bağlı Daşkəsən RİHBA-nın Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi (dəftərxana işinin aparıcısı) Elmin Paşayev 2026-cı ilin 9 ayı ərzində vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti barədə məlumatları təqdim edib. Məruzədə hesabat dövründə daxil olmuş müraciətlərin araşdırılması, qaldırılan məsələlərin həlli, vətəndaşların qəbulu, müraciətlərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlərin geniş təhlili aparılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov müzakirə olunan məsələlərlə bağlı aidiyyəti üzrə tövsiyələrini verib. Bundan sonra da uşaq hüquqlarının müdafiəsi sahəsində profilaktik tədbirlərin gücləndirilməsini, uşaqlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşılmasını, eləcə də vətəndaş müraciətlərinin vaxtında və obyektiv araşdırılmasını, qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsini və bu istiqamətlərdə müntəzəm nəzarətin təmin olunmasını tapşırıb.

Sonda gündəlikdə duran məsələlərlə bağlı qərarlar qəbul edilib.

Keçidlər