Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

11.12.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

11 dekabr 2025 | 17:27

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq 2 məsələ - “Daşkəsən rayonunun mədəniyyət müəssisələrinin və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin fəaliyyəti” və “Daşkəsən rayonu ərazisindəki dövlət əhəmiyyətli və yerli yolların saxlanılması, təmiri sahəsində “31 nömrəli Yol İstismar” MMC-nin gördüyü işlər” müzakirə olunub.

İclasda Şura üzvləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edərək, gündəlikdəki məsələlərin aktuallığını vurğulayıb, əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə söz açıb.

“Daşkəsən rayonunun mədəniyyət müəssisələrinin və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin fəaliyyəti”  haqqında RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı arayış dinlənilib. Arayışda mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, yaradıcı kollektivlərin fəaliyyəti, incəsənət məktəbinin uğurları və mövcud problemlər ətraflı şəkildə təqdim edilib.

“Daşkəsən rayonu ərazisindəki dövlət əhəmiyyətli və yerli yolların saxlanılması, təmiri sahəsində “31 nömrəli Yol İstismar” MMC-nin gördüyü işlər” haqqında isə RİHBA-nın Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Mehman Mehdiyev arayış təqdim edib.

Müzakirələrdən sonra Şuranın qərarı qəbul olunub.

İcra başçısı Orxan Abbasov planlaşdırılan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün aidiyyəti üzrə tövsiyə və tapşırıqlarını verib.

Keçidlər