Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

11.04.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

14 aprel 2025 | 10:49

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq iki məsələ – “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin gördüyü işlər” və “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin fəaliyyəti” müzakirə olunub.

İclasda Şura üzvləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, müzakirə etdiyimiz hər bir mövzu rayonumuzun gələcəyi üçün əhəmiyyətlidir. Qərarları düzgün şəkildə qəbul etmək və həyata keçirmək, habelə perspektivdə planlaşdırılan işlərə dəstək olmaq bizim məqsədimizdir.  

“Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin gördüyü işlər” haqqında RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin hazırladığı arayış dinlənilib.

RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev gündəlikdəki ikinci məsələ – “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin fəaliyyəti” barədə məruzəsini diqqətə çatdırıb.

Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.

Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə  tapşırıq və tövsiyələrini verib.

Keçidlər