06.11.2025-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq “Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2025-ci ilin 9 ayının yekunlarına dair vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti” müzakirə olunub.
İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələnin əhəmiyyətini qeyd edib, vətəndaş müraciətləri ilə işin səmərəli təşkili istiqamətində qarşıda duran vəzifələr barədə danışıb.
“Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2025-ci ilin 9 ayının yekunlarına dair vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti” haqqında RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədovun hazırladığı arayış dinlənilib. Məruzədə Şöbənin fəaliyyət istiqamətləri, keçirilmiş tədbirlər, görülən işlər və əldə olunan nəticələr ötən dövrlə müqayisəli şəkildə əksini tapıb.
Məruzə ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.
Sonda icra başçısı Orxan Abbasov vətəndaş müraciətlərinə baxılmasında operativliyin və şəffaflığın təmin edilməsi, həmçinin nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.






