02-25 iyun 2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək səyyar “ASAN xidmət” avtobusu Daşkəsən rayonunda fəaliyyət göstərəcək
İyunun 2-dən həftənin 5 iş günü, saat 10:00-dan 17:00-dək səyyar “ASAN xidmət” avtobusu Daşkəsən şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında sakinlərə xidmət göstərməyə başlayacaq.
Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Göstərilən xidmətlər:
-Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
-Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
-Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
-Əmək pensiyalarının təyin edilməsi;
-Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;
-Notariat xidmətləri;
-Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
-Tibb xidməti (Qan qrupu, boy və göz rənginin təyini üçün).
Səyyar “ASAN xidmət”in Daşkəsən rayonunda fəaliyyəti iyunun 25-dək davam edəcək.






