Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 25-də Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək
22 avqust 2025 | 10:39
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 25-də Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonları sakinlərinin qəbulunu keçirəcək.
Qəbul zamanı vətəndaşların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar Komitəyə rəsmi şəkildə (info@refugee.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək, yaxud telefon nömrələri “1657”, (012) 525 41 03 olan “Qaynar xətt” xidməti ilə əlaqə saxlayaraq, qəbula yazıla bilərlər.






