Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev iyulun 25-də Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək
22 iyul 2025 | 14:32
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev iyulun 25-də Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonları sakinlərinin qəbulunu keçirəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq, qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul olunacaqlar.






