Elm və Təhsil naziri Emin Əmrullayev iyunun 30-da Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək
24 iyun 2025 | 12:25
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng edə, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərə bilərlər.