Daşkəsəndə növbəti tibbi müayinə günləri təşkil olunacaq
Hörmətli Daşkəsən rayonunun Quşçu kəndi və ətraf yaşayış məntəqələrinin sakinləri!
04–06 sentyabr tarixlərində “AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayon Quşçu kənd Əli İsmayılov adına tam orta ümumtəhsil məktəbində əhali üçün “Öncə sağlamlıq!” devizi altında ödənişsiz növbəti səyyar tibbi müayinə aksiyası təşkil olunacaq.
Müayinə qrafiki:
- 04 sentyabr – saat 09:00–18:00;
- 05 sentyabr – saat 09:00–16:00;
- 06 sentyabr – saat 09:00–13:00.
Aksiya çərçivəsində Bakı Sağlamlıq Mərkəzinin tibbi heyəti aşağıdakı həkim müayinələri və xidmətlərini həyata keçirəcək:
- Endokrinoloq;
- Kardioloq;
- Ümumi cərrah
- Pediatr;
- LOR (qulaq, burun və boğaz);
- Terapevt;
- Nevroloq
- Oftalmoloq.
Həmçinin aşağıdakı diaqnostik və laborator müayinələr aparılacaq:
- USM (ultrasəs müayinəsi);
- EXO; (Exokardioqrafiya)
- EKQ; (Elektrokardioqrafiya)
- Qanın ümumi analizi;
- Sidiyin ümumi analizi;
- Qanda virus hepatitlərinin təyini;
- Ambulator qan təzyiqi monitorizasiyası;
- Qanda şəkərin təyini.
Bütün sakinləri sağlamlıqlarını vaxtında yoxlatmaq və təqdim olunan ödənişsiz tibbi xidmətlərdən yararlanmaq üçün aksiyada iştirak etməyə dəvət edirik!






