Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

26-27 noyabr 2025-ci il tarixlərində Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında uşaqların tibbi müayinə günləri keçiriləcək

20 noyabr 2025 | 14:58

26-27 noyabr 2025-ci il tarixlərində saat 09:00-dan 18:00-dək Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bölgədəki əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədi ilə Daşkəsən rayonunda  yüksək ixtisaslı həkim heyəti tərəfindən UŞAQLARIN TİBBİ MÜAYİNƏSİ keçiriləcəkdir.

2 gün ərzində uşaqlara aşağıdakı tibbi xidmətlər göstəriləcək:

  • Pediatr müayinəsi;
  • Endokrinoloq müayinəsi;
  • Kardioloq müayinəsi;
  • Nevropatoloq müayinəsi.

Həkimlər:  Həkim-pediatrlar Günay Cavadova və Naibə Nəsibova,  həkim-nevroloq Talıb Talışınski, həkim-endokrinoloq Nazilə Abdullayeva, uşaq kardioloqu Elnur İmanov.

 Bütün tibbi xidmətlər pulsuz icra olunacaq.

Müayinələrlə bağlı Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Qeydiyyat Şöbəsinə müraciət edilməlidir.

Ünvan: Daşkəsən şəhəri, A.Abdullayev küçəsi 1A.

Tel: (022) 216 40 22

Sağlamlığınız bizim üçün önəmlidir!

Keçidlər