11-13 sentyabr 2025-ci il tarixlərində Daşkəsən rayonunun Quşçu kəndində “AzerGold” QSC-nin təşkilatçılığı ilə tibbi müayinə aksiyası keçiriləcək
“AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində 11–13 sentyabr 2025-ci il tarixlərində Daşkəsən rayonunun Quşçu kəndində yerləşən Əli İsmayılov adına tam orta ümumtəhsil məktəbində növbəti ödənişsiz səyyar tibbi müayinə aksiyası keçiriləcək. Aksiya “AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Müayinələrə ümumi cərrah, otorinolarinqoloq, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr həkimlərinin konsultasiyaları, həmçinin USM, EXO, EKQ, qan analizləri, şəkərin təyini və bu kimi diaqnostik xidmətlər daxildir.
Ünvan: Daşkəsən rayonu, Quşçu kəndi, Əli İsmayılov adına tam orta ümumtəhsil məktəbi
Tarix: 11–13 sentyabr 2025
Saat: 08:00 – 18:00






