11-12 iyun 2026-cı il tarixlərində Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların tibbi müayinə günləri keçiriləcək
11-12 iyun 2026-ci il tarixlərində saat 09:00-dan 16:00-dək Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Həmkardan həmkara qayğı ilə! “layihəsi çərçivəsində yüksək ixtisaslı həkim heyəti tərəfindən vətəndaşların TİBBİ MÜAYİNƏ GÜNLƏRİ keçiriləcəkdir.
2 gün ərzində vətəndaşlara aşağıdakı tibbi xidmətlər göstəriləcək:
- Uroloq müayinəsi;
- Endokrinoloq müayinəsi;
- Nevropatoloq müayinəsi;
- Kardioloq müayinəsi;
- Dermatoloq müayinəsi;
- Uşaq-nevropatoloq müayinəsi.
Bütün tibbi xidmətlər pulsuz icra olunacaq.
Müayinələrlə bağlı Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Qeydiyyat Şöbəsinə müraciət edilməlidir.
Ünvan: Daşkəsən şəhəri, A.Abdullayev küçəsi 1A.
Tel: (022) 216 40 22
Sağlamlığınız bizim üçün önəmlidir!






