04-06 sentyabr 2025-ci il tarixlərində Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə günləri keçiriləcək
Əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ucqar ərazilərdə tibbi xidmətlər” layihəsi çərçivəsində Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında 04-06 sentyabr tarixlərində (3 gün müddətində) səyyar tibbi müayinələr həyata keçiriləcək.
Müayinələr Bakıda və regionlarda fəaliyyət göstərən ixtisaslı həkimlər tərəfindən icra ediləcək.
Vətəndaşlar aşağıdakı həkim-mütəxəssislər tərəfindən səyyar tibbi müayinələrə cəlb ediləcək:
- Pediatr
- Terapevt
- Endokrinoloq
- Nevropatoloq
- Kardioloq
- Oftalmoloq
- Radioloq
- USM
- EKQ
- Laboratoriya
- Mammoqrafiya
Qeyd edək ki, bütün tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra ediləcək.
Müayinələrlə bağlı vətəndaşlar Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Qeydiyyat şöbəsinə yaxınlaşa bilər.
Tarix: 04-05-06.09.2025
Ünvan: Daşkəsən şəhəri, A.Abdullayev küçəsi 1A.
Tel: (022) 216 40 22
Sağlamlığınız bizim üçün önəmlidir!






