Təhsil şöbəsinin tabeliyində 42 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 26-ı tam orta məktəb, 14-ü ümumi orta məktəb və 2-i ibtidai məktəbdir. Bu məktəblərdə 3353 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 722 müəllim məşğul olur.
Rayon ərazisində 12 uşaq bağçası, 1 Uşaq-Gənclər İdman Şahmat məktəbi, 1 Uşaq Yaradıcılığı Mərkəzi fəaliyyət göstərir.
2003-cü ildən ötən dövr ərzində rayonda 21 yeni məktəb binası tikilmişdir. 8 məktəb binası, 7 uşaq bağçası əsaslı təmir edilmişdir.