Rayon icra hakimiyyətinin başçısı Abıyev Əhəd Mikayıl oğlu 23 fevral 2011-ci il tarixdən işləyir. Rayonun ərazisi 1,05 min kv. km-dir. Rayonda 1 şəhər, 5 qəsəbə və 43 kənd vardır. Əhalinin sayı 01 aprel 2020-ci il tarixə 35353 nəfər, ondan 11152 nəfəri Daşkəsən şəhər əhalisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 31.10.06 və 17.10.14-cü il tarixlərdə (2 dəfə) Daşkəsən rayonuna səfər etmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:
- 02.04.12-ci il tarixli - uzunluğu 21,3 km, əhalisi 13 min nəfər olan, 13 kəndi birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 mln manat ayrılmışdır;
- 10.01.13-cü il tarixli, 20.10.14-cü il tarixli - rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan RİH-ə ümumilikdə 4,0 mln manat ayrılmışdır.
- 24.10.2018-ci il tarixli - uzunluğu 25 km, əhalisi 3 min nəfər olan, 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 mln manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.
- 04.04.2019-cu il tarixli - uzunluğu 20 km, əhalisi 3 min nəfər olan, 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Daşkəsən (27km)–Quşçu–Çovdar–Çaykənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 mln manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.
Sosial-iqtisadi göstəricilər:
- 2003-cü ilə nisbətdə 2020-ci ilin yanvar-mart ayları ərzində ümumi məhsul buraxılışı 3,8 dəfə, sənaye 94,8 dəfə artmış, kənd təsərrüfatı 25,4 faiz azalmış, əsas kapitala yönəldilmiş vəsait 2,6 dəfə, ondan tikinti-quraşdırma işləri 3,9 dəfə artmışdır;
- 2007-2020-ci ilin birinci rübü ərzində fermerlərə 797,2 min manat yardım edilmişdir;
- 2002-2020-ci ilin birinci rübü SİF vasitəsi ilə 278 sahibkara 4,5 mln manat kredit verilmişdir. Bu kreditlər hesabına 677 yeni iş yeri yaradılmışdır.
- 2003-2020-ci ilin yanvar-mart ayları ərzində 4717 daimi olmaqla 6848 yeni iş yeri açılmışdır;
- 370 ödənişli əsaslarla yaradılmış müvəqqəti (müddətli müqavilə ilə) iş yerində işləyənlərin müqavilələri davam etdirilir;
- Heydər Əliyev Mərkəzi və Bayraq meydanı yaradılmış, 80 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2, qəzalı vəziyyətində olan çoxmənzilli yaşayış binalarının sakinləri üçün 48 mənzilli 3 yaşayış binası, Rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina, Statistika və Kənd Təsərrüfatı idarələrinin inzibati binaları, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi tikilmiş, Mərkəzi Kitabxana, ümumi uzunluğu 47,4 km olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu, 2 dəmir yolu körpüsü əsaslı təmir edilmiş, asfalt və Çovdar qızıl zavodları və tutumu 1000 ton olan soyuducu anbar kompleksi istifadəyə verilmişdir. Heydər Əliyev prospektinə, Heydər Əliyev meydanına və bəzi küçələrə yeni asfalt örtüyü salınmış, bir sıra təhsil, səhiyyə və mədəniyyət müəssisələrində cari təmir işləri aparılmışdır. Quşçu qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış binasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikinti işləri, yeni 35/6 kv-luq şəhər yarımstansiyasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikintisi başa çatmış 15 ədəd anker quraşdırılmaqla 2 km iki dövrəli xətt çəkilmiş və yarımstansiya istifadəyə verilmişdir.
- Rayon üzrə yaşayış məntəqələri 26,5 %, ev təsərrüfatları isə 65,9 % qazlaşdırılmışdır.
- 2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmışdır. Hazırda həmin layihə üzrə Sukanal sahəsinin yeni inzibati binasının tikintisi başa çatmış, 04.06.2020-ci il tarixdə açılışı olmuşdur. Təmizləyici qurğuda son tamamlama işləri yerinə yetirilir.
- Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmış, rayon ərazisində müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələrinin tikinti işləri davam etdirilir.
- Daşkəsən rayonunda 8 yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulmuş, Daşkəsən şəhəri də daxil olmaqla 18 yaşayış mənqətəsində elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilir;
Daşkəsən-Əmirvar-Qabaqtəpə və Quşçu-Çovdar-Çaykənd avtomobil yollarında son tamamlama işləri görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində, Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evlərinin tikintisi başa çatdırılmış. Daşkəsən şəhərində 7 fərdi evin tikintisinə başlanılmış, hər birində 1 fərdi ev olmaqla, Çanaqçı, Bayan, Qaraqullar, Quşçu kəndlərində və Yuxarı Daşkəsən qəsəbəsində tikiləcək fərdi evlərin tikintisinə hazırlıq işləri aparılır.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində, Quşçu kəndində evləri qəzalı vəziyyətdə olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır.
- 2003-2018-ci illərdə 29 ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılmış, o cümlədən 21 məktəb inşa, 10-u əsaslı təmir edilmişdir.
- Problemlər:
- Daşkəsən rayonunun 49 yaşayış məntəqəsindən cəmi 13 yaşayış məntəqəsi qazlaşdırılmış, 2 yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsinə başlanılmışdır. Rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması vacibdir;
- Rayon ərazisində olan 42 ümumtəhsil məktəbindən 13-ü uyğunlaşdırılmış binalarda yerləşir. 13 məktəbdən 3-nün yenidən inşasına, 10 məktəbin əsaslı təmirinə ehtiyac vardır;
- 23 kənddə tibb məntəqəsinin, 1 kənddə həkim məntəqəsinin tikilməsinə ehtiyac vardır;
- Rayonun kəndlərində mədəniyyət obyektlərinin tikintisinə və əsaslı təmirinə ehtiyac vardır.
- Yaşayış məntəqələri arasında əhalinin gediş-gəlişini və nəqliyyat xidmətini yaxşılaşdırmaq məqsədilə Daşkəsən-Xoşbulaq-Astaf, Daşkəsən-Dəstəfur, Qaraqullar-Çanaqçı-Alaxançallı avtomobil yollarının yenidən qurulmasına ehtiyac vardır.
- Rayon ərazisində müasir tələblərə cavab verən məişət tullantıxanalarının tikintisinə, tullantıların daşınması və çeşidlənməsi üçün müasir maşın və mexanizmlərin alınmasına ehtiyac vardır.
- Daşkəsən şəhərində 2 ədəd 32 mənzilli, 1 ədəd 40 mənzilli, 2 ədəd 16 mənzilli yaşayış binalarının inşası, rayon ərazisində əlillər və şəhid ailələri üçün fərdi evlərin tikintisi vacibdir.
- Daşkəsən şəhər stadionunun yenidən qurulmasına və əsaslı təmirinə ehtiyac vardır.
- Dağlıq ərazidə və uzaq məsafələrdə yerləşən bütün yaşayış məntəqələrinin əhalisi pensiya və müavinətlərini rayon mərkəzində quraşdırılmış bankomatlardan almaq məcburiyyətində qalır. Rayonun Quşçu və Xoşbulaq kəndləri ərazisində bankomatların quraşdırılmasına ehtiyac vardır.
- Daşkəsən rayonunun ərazisində 24563 ha ümumi istifadədə olan (bələdiyyə fonduna aid) örüş otlağı vardır. 01.01.2020-ci il tarixə rayon üzrə 103151 baş xırdabuynuzlu, 21975 baş iribuynuzlu mal-qara mövcuddur. Son illər iri və xırdabuynuzlu heyvanların sayının xeyli artması nəticəsində yerli əhalinin örüş- otlaq sahələrinə olan tələbatının ödənilməsində ciddi çətinliklər yaranmışdır. Rayon ərazisində kəndətrafı örüş sahələri az olduğundan əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanların otlaq sahələrinə olan təlabatı tam ödənilmir. Eyni zamanda dövlət fondu yay-otlaq sahələrinə kənar rayonlardan yaylağa gətirilən təsərrüfatlarla yerli əhali arasında qarşıdurmalara, məhkəmə predmetinə çevrilərək problemli məsələlər və narazılıqlara səbəb olur. Örüş-otlaq sahələri normadan dəfələrlə (2-3 dəfə) artıq yuklənir.
- Rayon ərazisində ət emalı, yun tədarükü və emalı müəssisələrinin yaradılmasına ehtiyac vardır. Sahibkarlara, kəndli fermer təsərrüfatlarına aşağıfaizli, uzunmüddətli kreditlərin verilməsi vacibdir.
- “Daşkəsən Filizsaflaşdırma”Açıq Səhmdar Cəmiyyətinin (əvvəllər 1800 nəfər işçisi olan) səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsinin başa çatdırılması və Daşkəsən Zəylik Alunit Mədən idarəsinin (əvvəllər 700 nəfər işçisi olan) fəaliyyətinin bərpa edilməsi olduqca vacibdir. Bu metallugiya sənayesinin inkişafına və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır.