Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Neftin qiyməti aşağı düşsə də, heç bir sosial layihə ixtisar edilmir

10 avqust 2020 | 16:00

Dövlət başçısının söylədiyi kimi bütün bunlar görülmüş işlərin bir hissəsidir. Bu il ölkədə çox böyük sosial layihələrin həyata keçirilməsi təsdiqləyir ki, dövlət qlobal böhran dövründə bu proqramların sayını daha da artırıb. Neftin qiymətinin aşağı düşməsi ölkənin gəlirlərinə ciddi təsir göstərsə də, dövlət heç bir sosial layihəni ixtisara salmır.
Məsələn, bu il məcburi köçkün və şəhid ailələrinə tikilən mənzillərin sayına nəzər yetirsək görərik ki, başqa dövrlə müqayisədə bu il rekord sayda mənzillər tikilib. Cari ildə bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə dövlət tərəfindən mənzillərlə təmin ediləcək.
Cənab İlham Əliyevin söylədiyi kimi, əgər bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir.
Əlbəttə ki, bu da cənab İlham Əliyevin humanist, insansevər siyasətinin göstəricidisir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı ölkənin alternativsiz lideri yaradır. Özü də heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan...

Keçidlər