Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yüksək beynəlxalq nüfuzun növbəti təsdiqi

30 iyun 2020 | 16:00

BMT Baş Assambleyası nizamnaməsinə əsasən ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Belə sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılır. BMT yaranandan indiyə qədər Baş Assambleyanın qlobal problemlərlə bağlı məhdud sayda xüsusi sessiyaları çağırılıb.
COVID-19-un qlobal problem olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi.
Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin bu təklifi Qoşulmama Hərəkatının üzv ölkələri arasında razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının təklifi ilə BMT Baş katibi Antonio Quterreşə müraciət edib.
Öz növbəsində BMT Baş katibi mayın 28-də BMT Baş Assambleyasının "Prosedur Qaydaları”na əsasən üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT üzvü olan ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Müddətin bitməsinə artıq 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiklərini bildiriblər.
Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
BMT-nin 130-dan çox üxv üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dövlət başçısının yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümüdür. Bu təşəbbüsün dəstəklənməsi həm də onu göstərir ki, İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi qlobal səviyyədə özünün liderlik missiyasını qətiyyətlə və müvəffəqiyyətlə həyata keçirir.

Keçidlər