Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Korrupsiyanın qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər gücləndirilir

13 may 2020 | 16:00

Korrupsiyanın qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, struktur və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cəmiyyətin əsaslarını sarsıdan, insanlarda nifrət hissi yaradan, çirkin əməllərə yol verən bəzi Rayon Icra Hakimiyyətlərində və Mədəniyyət Nazirliyində əməliyyatların keçirilməsi korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin bütün sahələri əhatə etməsindən xəbər verir . Belə ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yüksəkvəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə etmələri, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri müəyyən edilərək barələrində müvafiq hüquqi tədbirlər görülmüşdür.
Göründüyü kimi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir və dövlətimizin başçısının dediyi kimi, bu çirkin işə aludə olanlara güzəşt edilmir.

Keçidlər