Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB

28 fevral 2020 | 16:00

Fevralın 28-də Daşkəsən Rayon İcra Hakimiyyəti “AzerGold” QSC Çovdar filiz emalı sahəsi ilə birgə Quşçu kəndində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Mülki müdafiə – hər evdə ilk yardım edən” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev,  “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, şirkət əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin mülki müdafiə üzrə əməkdaşı Elçin Məmmədov, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndəsi Vasif Hüseynov, Quşçu kənd icra nümayəndəsi Kərim Kərimov, bələdiyyə üzvləri və kənd sakinləri iştirak ediblər.
Səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb. Fövqəladə hallar zamanı necə davranış qaydaları izah edilib, təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, fərdi mühafizə vasitələri, əhalinin təxliyəsi, havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizəyə dair məlumatlar verilib.
Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev çıxışında qeyd edib ki, tədbirlərin keçirilməsində məqsəd əhalinin və kollektivlərin diqqətini mülki müdafiə işlərinin vacibliyinə yönəltmək, eləcə də fövqəladə hadisələrin qarşısını alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işləri qiymətləndirməkdir.
Daha sonra konkret fövqəladə hallar imitasiya edilib və onlara qarşı görülməli olan tədbirlər əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər