Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV NÖVBƏTİ SƏYYAR QƏBULUNU BAYAN KƏNDİNDƏ KEÇİRİB

11 dekabr 2019 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin növbəti səyyar qəbul-görüşü dekabrın 11-də Bayan kəndində keçirilib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən Əhəd Abıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən islahatların uğurlu nəticələrindən danışaraq qeyd edib: “2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir”.
Ötən dövrlərdə Bayan kəndində aparılmış abadlıq-quruculuq işlərinə toxunan Əhəd Abıyev bildirib ki, 2 min nəfərdən çox əhalinin yaşadığı kəndin  işıq, qaz, su, yol təchizatının yaxşılaşdırılması bağlı bir sıra tədbirlər görülüb. Belə ki, ötən ilin dekabrında kəndin qazlaşdırılması işləri tam başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. 4 ədəd yeni elektrik transformatoru quraşdırılıb. Bayan kənd ümumi orta məktəbinin binası yenidən tikilib. Bayan kəndinin turizm potensialından səmərəli istifadə edilməsi prioritet olaraq qarşıya qoyulduğundan bu məqsədlə pilot layihə çərçivəsində Bayan kənd sakinlərinə məxsus 10 ev seçilərək  turistlərə icarəyə verilməsi üçün təmir edilib, müvafiq təlimlər keçirilib, kəndin təbliği ilə bağlı videoçarxlar hazırlanıb.
Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, kəndarası yolların təmiri, yeni su xəttinin çəkilməsi, işlə təmin olunma və digər məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə  qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
İrəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerində həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Qəbul-görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən YAP sıralarına yeni qəbul olunmuş sakinlərə Partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Səyyar qəbuldan razı qalan kənd sakinləri müraciətlərinə baxılmasına, qaldırdıqları məsələlərin yerində araşdırılmasına, onları narahat edən problemlərin həllinə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

  Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

 

Keçidlər