Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA BEYNƏLXAQ KÖNÜLLÜLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

05 dekabr 2019 | 16:00

Dekabrın 5-də Daşkəsən rayonunda Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibəti ilə gənclərlə görüş keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Daşkəsən rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə müxtəlif təşkilatların könüllüləri və 40-a yaxın gənc iştirak edib.
Görüşdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Malik Ələsgərov gəncləri Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından salamlayıb və onları Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib.  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının  2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclərin dövlət orqanlarında təcrübə keçməyə cəlb edilməsini vurğulayıb. Həmçinin  son illərdə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsət aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarını Prezident cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi S.Həsənov isə deyib ki, gənclər siyasətini prioritet istiqamət olaraq müəyyən edən, gənclərin hərtərəfli inkişafı, onların milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi məsələsini daim diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin respublikamızda könüllülük hərəkatının genişləndirməsi, dövlət qurumlarında könüllü qruplarının təsis edilməsi və dəstəklənməsi ilə bağlı çağırışları, müvafiq qanunvericilik bazasının yaradılması ölkəmizdə könüllülük hərəkatının vüsət almasına şərait yaradıb.
Görüşdə könüllü gənclər də çıxış ediblər. 
Daha sonra könüllülük fəaliyyətinə qoşulmaq istəyən gənclərin istəkləri dinlənilib. 

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər