Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ “GÜNƏRZİ QAYĞI MƏRKƏZİ” YARADILIB

07 noyabr 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də ölkəmizin müxtəlif bölgələrində günərzi mərkəzlərin yaradılmasına yönəlib.
  ƏƏSMN-nin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində Daşkəsən rayonunda da “Günərzi Qayğı Mərkəzi” yaradılıb.
İctimai Birliyin rəhbəri İradə Rzazadə məlumat verib ki, “Günərzi Qayğı Mərkəzi” uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə təşkil olunub. Mərkəz 3-12 yaş arası uşaqlara yardım göstərir.
“Günərzi Qayğı Mərkəzi”ndə əsasən məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb. Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar, birinin əlilliyi və ya xəstəliyi olan, digərinin (və ya hər iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini günəmuzd qaydada işləyən valideynlərin uşaqları və təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib.
“Günərzi Qayğı Mərkəzi” uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edir, risk qrupuna aid olan uşaqların ahəngdar inkişafı və tərbiyəsi ilə məşğul olur, müxtəlif təlimlər həyata keçirir.
Psixoloji testlər və məsləhət saatları, musiqi dərsləri, idman yarışları və əyləncəli oyunlarda uşaqlar böyük həvəslə iştirak edirlər.
Mərkəzdə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür. Onlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, eyni zamanda məktəbdə oxuyan uşaqların ev tapşırıqlarının hazırlanmasına köməklik göstərilir.
Uşaqların psixi-sosial inkişafı məqsədilə mərkəzdə sosial işçilər, pedaqoqlar, tərbiyəçilər, psixoloqlar çalışırlar. Uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin olunurlar.

Malik ŞÜKÜROV
DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri

Keçidlər