Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilmişdir

14 oktyabr 2019 | 16:00

Oktyabrın 11-12-də Daşkəsən rayon uşaq gənclər idman şahmat məktəbində 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib. Yarışın məqsədi gənclərə vətənpərvərlik hisslərinin aşılanması, sağlam həyat tərzinin təbliği və rayonda güləş idman növünün inkişaf etdirilməsi olub.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinciliyin açılışında çıxış edən Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbriklərini çatdırdıqdan sonra iştirakçılara yarışın keçirilmə qaydası barədə məlumat verib, idmançılara müvəffəqiyyətlər arzulayıb.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iki gün gərgin mübarizə şəraitində davam edən yarışda 12 çəki dərəcəsində ümumilikdə 67 nəfər mübarizə aparıb. Yarışda I, II, III yerləri tutmuş idmançılara Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar təqdim olunub.

Keçidlər