Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların qəbulunu keçirib

27 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsəndə Daşkəsən, Gəncə, Kəlbəcər rayonlarından olan sakinləri qəbul edib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.
Komitə sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Vətəndaşların qəbulu zamanı müraciətlərin bir qismi yerində həll olunub. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.
Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qəbuluna gələn vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər