Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ÇOVDAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

19 iyun 2019 | 16:00

İyunun 19-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Çovdar kəndində keçirilib.
Əhəd Abıyev səyyar qəbulda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan sosialyönümlü siyasətdən, minimum əmək haqlarının ötən gün yenidən əhəmiyyətli dərəcədə artırılmasından və son illər Daşkəsəndə aparılmış irimiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki, “Yeni Daşkəsən” layihəsində “Çovdar” qızıl zavodunun işə salınması məsələsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Prezident cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli müvafiq Sərəncamı ilə “Çovdar” qızıl zavodunun müasir formada tikilərək hasilata başlaması Daşkəsən rayonunda işsizliyi aradan qaldırmaqla ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına da ciddi təkan verir.
Rayon İcra Hakimiyyətinin Başçısı vurğulayıb ki, “Daşkəsən rayonunun Gəncə-Daşkəsən (27 km)-Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2019-cu il tarixli Sərəncamı olmuşdur. Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun tikintisi işlərinə başlanmışdır. Hazırda həmin işlər yüksək vüsətlə həyata keçirilir.
Əhəd Abıyev bildirib ki, Çovdar kəndinin elektrik, su, qaz təchizatının daha da yaxşılaşdırılması ilə bağlı işlər aparılır və əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edir. Kənddə məktəb, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir.
Daha sonra sakinlərin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həll edilib.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər