Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir

06 may 2019 | 16:00

02-04 may 2019-cu il tarixlərdə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin mini futbol meydançasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliği, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olmuşdur. Yarışda 9 komanda olmaqla ümumilikdə 76 nəfər iştirak etmişdir.
Gərgin keçən mübarizədən sonra Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbin komandası I, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası II, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

Qalib komandalar Daşkəsən rayon Gənclər və İdman idarəsi tərəfindən kubok və diplomla təltif olunmuşlar.

 

Keçidlər