Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARADILMASININ 7-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

13 fevral 2019 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi ilə birgə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə tədbir keçirib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlanan bayram tədbirini giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında deyib:  
- Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant hörmətli Arzu Rəhimov başda olmaqla, Xidmətin bütün şəxsi heyətini, o cümlədən də Daşkəsən rayon bölməsinin rəisi mayor Aqşin Xancanovun simasında bölmənin əməkdaşlarını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibəti ilə Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm, bu məsuliyyətli və şərəfli işinizdə sizlərə yeni-yeni uğurlar, möhkəm cansağlığı  arzulayıram.
Azərbaycanda fəaliyyəti ilə seçilən, ictimaiyyətin daim diqqət mərkəzində olan dövlət Məlum olduğu kimi, möhtərəm Prezident cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Bu gün Dövlət Xidmətinin yaradılmasından yeddi il ötür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mühüm və uğurlu addımlardan biridir. Azərbaycanda fəaliyyəti ilə seçilən, ictimaiyyətin daim diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünəməxsus yeri vardır.
Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurlu inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm tədbirlər görülüb.
Silahlı Qüvvələrimizin tərkibində özünəməxsus yer tutan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan bütün insanları sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq.
Bunu biz daşkəsənlilər əməlimizlə də təsdiq etmişik. Qeyd edim ki, ötən dövrlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səfərbərlik təlimlərinin keçirilməsi haqqında verdiyi tapşırıqlar Daşkəsən rayonu tərəfindən uğurla icra edilmişdir. Hərbi vəzifəlilərin və texnikaların qısa müddət ərzində təyin olunmuş hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilmişdir.
2016-cı ilin uğurlu aprel döyüşlərini qiymətləndirərkən ölkə Başçımız demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”. Xüsusi vurğulanmalıdır ki, aprel döyüşləri xalqımızın yenilməzlik, mübarizlik əzmi ilə yanaşı, həm də Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin tam qətiyyətini göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan dədə-baba torpaqlarından bir qarışını belə verməyəcək və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır.   
Qurur hissi ilə deyirəm, həmin döyüşlərdə daşkəsənli gənclər də iştirak etmiş, rəşadət göstərmişlər. Daşkəsən rayonu işğal altında qalmış Kəlbəcər rayonu ilə 23 km, mənfur Ermənistanla 8 km həmsərhəddir. Bu amillər də daşkəsənli gənclərin vətənpərvərlik hislərini daha da coşdurur.
Ötən il isə Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib.
Əgər lazım gələrsə, biz daşkəsənlilər də hamılıqla silaha sarılıb möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə döyüşlərə atılacağımız anı səbirsizliklə gözləyirik. 
Xidmət tərəfindən yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində rayonumuzda görülən işlər də yüksək qiymətləndirilməlidir. Bu məqsədlə mütəmadi olaraq mədəni-kütləvi tədbirlər təşkil olunur. Xüsusən  çağırış yaşlı gənclərin rayon ictimaiyyətinin iştirakı ilə təntənəli surətdə hərbi xidmətə yola salınması və qarşılanması mərasimləri əsl bayram ovqatında keçirilir. 
İnanırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqlar. Bu yolda onlara uzun ömür, cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq. 
Vətən naminə fədakarlıq göstərən əziz insanlar, peşə bayramınız bir daha  mübarək olsun!
Yaşasın Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor Aqşin Xancanov bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərdiyi ötən 7 il ərzində ölkədə səfərbərlik işini təşkil etmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışçıların müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə həyata keçirmiş, şəffaflıq prinsiplərinə əsaslanaraq dövlət orqanı kimi özünü doğrultmuşdur. 
  Digər çıxış edənlər də Xidmətin bütün əməkdaşlarına öz təbriklərini çatdırıb, şərəfli işlərində onlara yeni-yeni uğurlar arzulayıbar.
Tədbirin sonunda Dövlət Xidməti tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin əməkdaşlarına, həmçinin bölmənin işində xüsusi fəallıq göstərmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Ruslan Məmmədəliyevə, o cümlədə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlərə fəxri fərman və mükafatlar təqdim edilib.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər