Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda torpaqların elektron kadastr uçotu işinin yekun nəticələri və təhlili barədə təqdimat keçirilmişdir

17 dekabr 2018 | 16:00

17 dekabr 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz  Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən  Daşkəsən rayonunda torpaqların elektron kadastr uçotu işinin yekun nəticələri və təhlili  barədə təqdimat keçirilmişdir.
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilmiş təqdimatda Komitənin Daşınmaz  Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri, layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov və ƏMDK-nın tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon icra hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, eləcə də müəssisə, idarə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev təqdimatda çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası olaraq ölkədə torpaqların elektron kadastr uçotu işi aparılır. Həmin Fərmana əsasən elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş və bu işlərə təşkilatı dəstəyin veriməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.  Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Daşkəsən rayonunda  maarifləndirmə işləri aparılmışdır. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən xarici şirkətin mütəxəssislərinin ərazidə çalışmaları üçün lazımi təşkilati dəstək verilmişdir.
Məlum Fərmanın icrası olaraq ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin davamı kimi bu gün də Daşkəsən rayonununda uçotun nəticələri və təhlillərinə dair  içtimai təqdimat aparılır. Elə hesab edirik ki, rayonun torpaqlarında elektron kadastr uçotu işinin aparılması torpaqlarin müassir üsullarla idarə edilməsində, ondan səmərəli istifadənin təşkilində və həmçinin mühafizə olunmasında  xüsusi əhəmiyyət kəsb edəcəkdir.  Bunun üçün payon içtimayyəti adından ölkə rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk və bu işlərin respublika üzrə başa çatdırılmasında Əmlak Məsələləri Dövlət Komitəsinin kollektivinə uğurlar arzulayırıq. 
Cavanşir Qocayevin giriş nitqindən sonra Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri, Layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov vurğulamışdır ki, Daşkəsən rayonunda torpaqların elektron kadastr uçotu işi yekunlaşmışdır. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz  Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti layihəni həyata keçirən xarici mütəxəssislərlə birlikdə görülən işlərin yekun nəticələrinin təqdimatını keçiririk.
Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər müsbət nəticələrini verməkdədir. Belə ki, Daşkəsən rayonunun inzibati sərhədləri daxilində nüfuzlu xarici şirkətlərin iştirakı ilə aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri hazırdır. Əldə edilən məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsi prosesi davam edir.
Əliqulu Cabbarov Daşkəsən rayonunun  inzibati ərazisində torpaqların elektron kadastr uçotu işinin aparılmasında hərtərəfli köməklik göstərildiyinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevə minnətdarlığını bildirdi.
Əliqulu Cabbarov bildirdi ki, tədbirin keçirilməsində başlıca məqsəd Daşkəsən rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Həmin nəticələrin istifadə üçün aidiyyəti qurumlara təqdim olunması da tədbirin əsas vəzifələrindəndir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Görülən işlər nəticəsində Daşkəsən rayonunda torpaqların kadastr uçot işləri yekunlaşıb.
Daşkəsən rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Təqdimatda qeyd edilib ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılıb. Bu isə həmin ərazilərin yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması üçün nə kimi aqrokimyəvi və meliorativ tədbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır.
Uçot işi nəticəsində hazırlanmış Daşkəsən rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Görülən işlər nəticəsində rayonun torpaq fondunun daha rasional idarə edilməsi mümkün olacaq. Həmçinin torpaqların səmərəli, məqsədyönlü istifadəsinə təminat yaranır. Torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.
Eyni zamanda, rayonun tərtib edilmiş xəritələrində hüquq müəyyənedici sənədlə təsdiq olunan ölçü ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aradan qaldırılıb. Artıq torpaq mülkiyyətçiləri sahib olduqları ərazilərin sərhədlərindən kənara çıxa bilməz. Zəbt olunmuş, qanunsuz tikililər, istifadədən kənar qalan torpaq sahəsi müəyyənləşdirilib. Bu isə rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.
Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcək.
Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaqla rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaradacaq. Bununla da torpaq fondu elmi əsaslarla istifadə və idarə olunur, münbitlik qatın korlanması amilləri aradan qaldırılır, torpaqların kateqoriyalarına uyğun iqtisadi sahələrə cəlb edilməsində effektivlik təşkil edilir.
Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Keçidlər