Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “XƏMSƏ” MİLLİ İNTELLEKTUAL OYUNU ÜZRƏ YENİYETMƏLƏR ARASINDA VI AZƏRBAYCAN ÇEMPİONATININ RAYON SEÇİM TURU KEÇİRİLİB

31 oktyabr 2018 | 16:00

Oktyabrın 30-da Daşkəsən rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nın müvafiq bəndlərinə əsasən “Xəmsə” Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan Çempionatının rayon seçim turu keçirilib.
Turniri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarənin rəisi Samir Həsənov  ölkə rəhbəri möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən qayğıdan və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışaraq qeyd edib ki, çempionatın seçim turunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda "Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında Azərbaycan Çempionatının Göygöl rayonunda  keçiriləcək  zona mərhələsinə vəsiqə qazanmaqdan ibarətdir.
Rayon  seçim turunda yeniyetmələrdən  ibarət 8 komanda, hər komandada 5 nəfər olmaqla, ümumilikdə 40 nəfər  iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
Komandalardan Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin "Qələbə" komandası I, Bayan kənd M.Mustafayev adına tam orta məktəbin "Bayan" komandası II, Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbin "Göyçə" komandası III yerə layiq görülüb. Daşkəsən şəhər S.Vurğun adına 4 saylı tam orta məktəbin "Qələbə" komandası ölkə çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.
Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

Keçidlər