Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim-Tədris və İstirahət Mərkəzində həyata keçirilən “Uğurdan Gələcəyə” layihəsinin iştirakçısı olmuş Məmmədzadə Nigarın layihə haqqında təqdimatı keçirilmişdir

24 oktyabr 2018 | 16:00

Bu gün Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci  qrant müsabiqəsinin  qalibi “Uğurdan Gələcəyə” layihəsinin iştirakçısı olmuş Məmmədzadə Nigarın layihə haqqında təəssüratları dinlənilmişdir.
Əvvəlcə bütün tədbir iştirakçılarını salamlayan Daşkəsən şəhər 2 saylı A.Mürsəlov adına tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədzadə Nigar vaxt ayırıb gəldiklərinə görə onalrın hər birinə dərin minnətdarlığını bildirdi.
Qeyd etmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin düzgün apardığı təhsil siyasəti nəticəsində ucqar kəndlərdə belə bu gün məktəblilər üçün ən yüksək şərait yaradılmışdır. Məktəblilərin də yaradılmış bu şəraitdən düzgün və səmərəli istifadə etməli olduqlarını bildirmişdir. Təkcə son 7 ildə rayonumuzda müasir standartlar səviyyəsində onlarla məktəbin inşa və əsaslı təmir olunduğunu fərəhlə söyləmişdir.
N.Məmmədzadə buraxılış imtahanlarının nəticələrinə görə IX siniflər arasında Daşkəsən rayonu üzrə birinci yeri tutmasında valideynlərinə  və əməyi keçən bütün müəllimlərinə təşəkkür etdi. Xüsusi olaraq vurğuladı ki, məhz onların səyi və əziyyəti nəticəsində o, bu layihədə iştirak etmək hüququ qazanmışdır.
Başda təhsil aldığı Anar Mürsəlov adına 2 saylı tam orta məktəbin rəhbərliyi olmaqla, bütün müəllim kollektivinə, layihənin müəllifi və rəhbəri kimi Səbinə Qədirovaya dərin minnətdarlığını bildirdi və bundan sonra da onların etimadını doğrultmağa çalışacağına söz verdi.
Təqdimatın iştirakçılarına layihə çərçivəsində Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim, Tədris və İstirahət Mərkəzindən  təlim prosesinin müxtəlif məqamlarına həsr olunmuş film nümayiş olunmuşdur.
Nigar Məmmədzadə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci  qrant müsabiqəsinin  qalibi “Uğurdan Gələcəyə” layihəsi haqqında danışaraq qeyd etdi ki, bu gün qazandığımız kiçik uğurlar – hansı ki, biz onları kiçik hesab edirik- parlaq və arzusunda olduğumuz xoş gələcəyin təməl daşı olacaq və layihəmizin adında olduğu kimi bizi uğurdan gələcəyə aparacaq.
Layihə iştirakçısı kimi onu da bildirdi ki, bu layihə çərçivəsində Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim, Tədris və İstirahət Mərkəzində keçirdikləri  3 gün uzun müddət bütün layihə iştirakçılarının yaddaşından silinməyəcək və burada qazandıqları təcrübə gələcək həyatlarında mühüm rol oynayacaq.
Təqdimatda bildirildi ki, “Uğurdan Gələcəyə” layihəsinin müddəti 3 gün idi və bu az müddət kimi görünə bilər. Ancaq bu üç gündə Daşkəsən, Quba və Balakən rayonlarından seçilmiş ən istedadlı 6 şagird olmaqla, ümumilikdə 18 şagirdə böyük təlimçilik təcrübəsinə malik Fəxri Məmmədli, Təhsil Nazirliyinin əməkdaşları Lalə Məmmədova və Könül Pirverdiyeva müasir təlim metodlarından istifadə edərək iştirakçılarda yeni bacarıqların formalaşdırılması, gələcəkdə düzgün peşə seçimi edə bilmələri üçün müvafiq məlumat və istiqamət vermişlər.
Təlim müddətində müəyyən bir mövzu ətrafında müzakirələr aparılmış, şagirdlər öz fikirlərini yoldaşları ilə bölüşmüş və beləliklə müxtəlif rayonlardan olmalarına baxmayaraq bir-birilərini daha yaxından tanımaq, dost olmaq şansı əldə etmişlər. Eyni zamanda Quba və Balakən rayonlarındakı həmyaşıdlarının bilik səviyyələri ilə tanış olmuşlar. Bu da özlərini onlarla müqayisə etməyə imkan vermişdir. Təlim zamanı keçirilən oyunların da məqsədi əylənərək öyrənmək idi. 3 gün ərzində bu informasiya mübadiləsi həm onlar, həm də daşkəsənli şagirdlər üçün böyük təcrübə olmuşdur.
“Uğurdan Gələcəyə” layihəsinin iştirakçısı Nigar Məmmədzadə onu da təqdimat iştirakçılarının nəzərinə çatdırmışdır ki, belə layihələr yalnız bilik və bacarıqları ilə fərqlənən istedadlı şagirdləri üçün deyil, eyni zamanda həmyaşıdlarına nisbətən göstəriciləri daha aşağı olan şagirdlər üçün təşkil olunur. Bu cür layihələr məhz onlar üçün daha böyük əhəmiyyət kəsb edər, onların da öz nəticələrini yüksəltməsi üçün stimul verər, elmə və təhsilə daha məsuliyyətlə yanaşmasına səbəb olar.
Təqdimatın sonunda Nigar Məmmədzadə iştirakçılarının hər birininə bir daha dərin minnətdarlığını bildirmiş və görüşün yüksək səviyyədə təşkilinə şərait yaratdığına görə Heydər Əliyev Mərkəzinin direktoru Nailə müəllimə başda olmaqla bütün əməkdaşlarına təşəkkür etmişdir.
Layihə haqqında geniş və zəngin  təəssüratlar dinlənildikdən sonra Daşkəsən şəhər 2 saylı A.Mürsəlov adına tam orta məktəbin direktoru Aybəniz Vəliyeva, rayon Təhsil Şöbəsinin metodisti Naməddin Mirzəyev,  Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, 1 saylı İ.Nəsimi adına tam orta məktəbin fizika müəllimi Məlahət Məmmədova, 2 saylı A.Mürsəlov adına tam orta məktəbin riyaziyyat müəllimi Solmaz Şərifova çıxış edərək Nigar Məmmədzadəyə təhsil illərində ona növbəti qələbələr və müvəffəqiyyətlər arzulamış, ali məktəblərə qəbul imtahanlarında ondan yüksək nəticələr gözlədiklərini bildirmişlər.
“Uğurdan Gələcəyə” layihəsinin iştirakçısı olmuş Rəqsanə Qurbanova və layihənin rəhbəri Səbinə Qədirova da layihənin əhəmiyyətindən və nəticələrindən danışmışlar.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci  qrant müsabiqəsi olan “Uğurdan Gələcəyə” layihəsinin qalibi olaraq yay düşərgəsində fəal iştirakına görə Məmmədzadə Nigara layihənin Sertifikatı təqdim olunmuşdur.

Keçidlər