Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “ZAMAN VƏ LİDER” FİLMİNİN NÜMAYİŞİ OLUB

20 oktyabr 2018 | 16:00

Oktyabrın 20-də Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə “Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda mühazirə təşkil edib. Mühazirədə tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, ictimaiyyət nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev açaraq, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda yaranan stabillik, xalqın dövlətə inamı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi barədə məlumat verib.
Bilik Fondunun Daşkəsən rayonu üzrə nümayəndəsi Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin çatdırılması üçün Fondun apardığı maarifləndirici işlərin əhəmiyyətindən bəhs edib.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova isə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği Mərkəzin əsas fəaliyyət istiqamətini təşkil edir. O bildirib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafı Heydər Əliyev üçün əsas məsələlərdən biri olub. Bu gün müasir Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır. Prezident cənab İlham Əliyev ölkəmizi ən yüksək arenalarda tanıtdırır.
Fondun mühazirəçisi Mahir Qəribov “Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda mühazirə ilə çıxış edərək müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli Liderin xidmətləri barədə ətraflı məlumat verib, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyini vurğulayıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Zaman və Lider” filminin nümayişi olub.   

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı

Keçidlər