Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Vətənin müdafiəsinə hazıram” paliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilmişdir

08 oktyabr 2018 | 16:00

04 - oktyabr 2018-ci il tarixdə Daşkəsən şəhər Stadionunda “Xalq Cümhuruyyəti ili” çərçivəsində “Vətənin müdafiəsinə hazıram” paliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilmişdir. Yarışda məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunması, ümumtəhsil məktəblərində “VMH” çoxnövçülüyünü təbliğ etmək, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq və rayonda idmanın kütləviliyinin təmin olunması olmuşdur. Yarışda 5 komanda olmaqla 22 nəfər iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası I, S.Vurğun adına 4 saylı tam orta məktəbin komandası II, Qazaxyolçular kənd tam orta məktəbinin komandası III yerə layiq görülmüşdür.
Qalib komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşdur.

Keçidlər