Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Bilik günü” Daşkəsənin bütün ümumtəhsil məktəblərində qeyd edildi

15 sentyabr 2018 | 16:00

15 sentyabr yeni dərs ilinin başlanması – ənənəvi “Bilik günü” münasibəti ilə tədbirlər   rayonun 42 ümumtəhsil məktəbində böyük ruh yüksəkliyi ilə keçirildi. Rayon rəhbərliyinin və Təhsil Şöbəsinin yaxından iştirak etdiyi tədbirlərdə müəllimlərin, şagirdlərin, valideynlər və birincilərin sevinci hədsiz idi. “Bilik günü” münasibəti ilə bütün ümumtəhsil məktəblərinə səlahiyyətli nümayəndələr göndərilmişdi.
Tədbirlərdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə təhsilinin inkişafına həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir hissəsi hesab etdiyini bildirdilər. Həmin siyasətin bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirildiyi xüsusi qeyd olundu. Deyildi ki, təhsil işçilərinin əmək haqlarının davamlı artırılması, iş şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları, habelə respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icrası, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində, o cümlədən Daşkəsən rayonunda da müasir standartlara cavab verən müasir tipli  ümumtəhsil ocaqlarının tikilməsi, onların əsaslı təmir edilməsi ilk növbədə gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət göstərir.
Tədbir iştirakçıları məktəbə ilk qədəmlərini qoyan birincilərə uğurlar dilədilər, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün  bilikli, bacarıqlı, məsuliyyətli vətəndaş olaraq yetişmələrini arzuladılar.
Müəllimlər və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə Başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etdilər.
"İlk zəng"in səslənməsi ilə yeni dərs ilinə başlandı.

Keçidlər