Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QAZAXYOLÇULAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

26 iyul 2018 | 16:00

İyulun 26-da Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qazaxyolçular kəndində səyyar qəbul  keçirib.
Qazaxyolçular kənd tam orta məktəbinin həyətində, açıq havada keçirilən görüşdə Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı çərçivəsində Daşkəsəndə icra olunan layihələrdən danışıb. Rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söhbət açıb. Bildirib ki, qış aylarında güclü qar və külək elektrik verilişində fasilələr yaradırdı. Elektrik naqillərinin SİP kabellərlə əvəzlənməsi və dayaqların dəyişdirilməsi bu kimi problemləri artıq arxada qoymuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində Qazaxyolçular kəndinin də bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişləndirməsinə münbit şərait yaranmışdır.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlərində kəndə verilən elektrik enerjisinin gərginliyinin az olması, əlavə su xəttinin çəkilməsi, kənddaxili yolların təmiri və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.
Kənd sakinləri respublikamızda və eləcə rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə bəslənən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.


Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Keçidlər