Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə idman yarışları keçirilmişdir

24 may 2018 | 16:00

22-24 may 2018-ci il tarixlərdə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində Daşkəsn rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon Bölməsi və rayon Təhsil Şöbəsinin birgə təşkilaçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Birincilikdə məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunması, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olmuşdur. Yarışda 7 komanda olmaqla 61 nəfər iştirak etmişdir. Gərgin keçən mübarizədən sonra I yerə S.Vurğun adına 4 saylı tam orta məktəbin komandası, II yerə A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası, III yerə isə Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəbin komandası layiq görülmüşdür. Qalib komandalar yarışın təşkilatçıları tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Keçidlər